Biz daha çox iradəsi, həvəsi və məqsədi olan uşaqlarla işləyirik.





- Məşqləriniz adətən necə keçirilir və hansı üsullara üstünlük verirsiniz?

- Məşqlərimizdə əsas diqqət intizama yönəlir və uşaqlar arasında böyük rəqabət var. Biz daha çox iradəsi, həvəsi və məqsədi olan uşaqlarla işləyirik. Baza hazırlığı mükəmməl olanları yarışlara cəlb edirik. Cəsarətli və ağıllı döyüşən uşaqlara xüsusi diqqət ayırır, onlarla daha çox məşq edirik. ATF minnətdarlığımı bildirirəm ki, təşkil etdiyi yarışlarda öz sözümüzü deyə bilirik. 

 

- İdmançılarınızın ən çox üzərində işlədiyi zəif tərəflər hansılardır?

- Yarışlarda uşaqların hansı zərbələrlə xal topladığını təhlil edirik, onları daha da gücləndiririk. Hansı vəziyyətlərdə xal itirdiklərini müəyyənləşdirib düzəldirik. Ayaqlarında zəiflik olan idmançılarla isə daha çox işləyirik. Onuda qey edim ki, idmançıların, məşqçiləri düzgün məşqi qurulması, qələbənin bünövrəsinin. Yarışlardada  xüsusi olaraq hakim heyyətinin düzgün qərarları biz məşqçiləri dahada sevindirir. Son MDB yarışında bunun bariz nümayişini gördüm.

- Federasiyanın məşqçilərə və idmançılara göstərdiyi dəstək barədə nə deyə bilərsiniz?

- Federasiya öz işini görür, müxtəlif yarışlarda təşkil edir. Bizdə orda mükafatçı yada qalib oluruq. ATF tərəfindən yarışlarda göstərdiyim nəticələrə görə 3 dəfə “ən yaxşı məşqçi” adına layiq görülmüşəm. Çox sağolsunlar. Digər məşqçilər də öz işini yaxşı bilən, bacarıqlı insanlardır. Mənim üçün isə Məmməd müəllimin xüsusi yeri var, çünki ondan çox diqqət və qayğı görmüşəm. Mən həyatda öz gücümə  və Allaha güvənmişəm. Allahdan zəhmətimi dəyərləndirib mükafatımı verir. Ən böyük mükafatım tələbələrimin uğurudur. ATF mütamadi yarışlar təşkil edir buda bir növ bizə dəstəkdir. ATF rəhbərliyinə minnətarlığımı bildirirəm.

- Gələcəkdə taekvondonun inkişafı üçün hansı planlarınız və arzularınız var?

- Mənim planım və məqsədim hər zaman zirvəyə çatmaq olub. Məqsədinə çatmaq istəyən insan çox çalışmalı, zamanını və rahatlığını fəda etməyi bacarmalıdır. Əgər bunu edə bilmirsə, özünü aldatmasın – o insan sadəcə xəyallara qapılıb.

- Son yarış barəsində ?

-.Son yarış bizim üçün böyük uğur və qələbədir. Qürur duyuram ki, Vasif ölkəmizi şərəfləndirir, bayrağımızı dalğalandırır. Vasif Səlimov Avropa Çempionu, dünya mükafatçısı, Asiya Oyunlarının çempionu və 5 qat Azərbaycan çempionudur. Qeyd edim ki, Vasifin uğurları hələ başlanğıcdır. Onun 17 yaşı var və inanıram ki, gələcəkdə bizi daha çox qürurlandıracaq. III MDB Oyunlarında taekvondo üzrə Azərbaycan idmançıları yüksək nəticələr əldə edərək ümumilikdə 11 medal qazandılar: 3 qızıl, 2 gümüş və 6 bürünc. 

              Ali Mehdi TK baş məşqçisi, III dan qara kəmər sahibi İsmayıov Zöhrab Rüstəm oğlu.

Oxunub: 180
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az