Şamaxı THT-də idmana dəstək.Yeni basketbol komandası yaranır.
Şamaxı THT-də idmana dəstək.Yeni basketbol komandası yaranır.Bu gün Şamaxı Texniki-Humanitar Təmayüllü məktəbin direktoru, İqbal Məmmədov fiziki tərbiyə dərsində 11 “a” sinfi şagirdləri ilə görüş keçirib. Görüş zamanı o, sağlam həyat tərzinin formalaşmasında idmanın mühüm rolunu vurğulayıb və şagirdləri aktiv şəkildə idmanla məşğul olmağa təşviq edib.Direktor, məktəbdə basketbol komandasının yaradılmasını yüksək qiymətləndirib və kollektivin gələcək fəaliyyətində uğurlar arzulayıb. Onun sözlərinə görə, belə təşəbbüslər gənclərin həm fiziki, həm də mənəvi inkişafına mühüm töhfə verir.
Oxunub: 41