Azərbaycan Taekvondo Federasiyasının Fəxri, Abdullayev qardaşları.



Azərbaycan Taekvondo Federasiyasının Fəxri, Abdullayev qardaşları.
Azərbaycan idmanında taekvando artıq bir ənənəyə çevrilib. Bu ənənənin formalaşmasında zəhməti olan parlaq simalardan biri də Abdullayev qardaşlarıdı, Gündüz və Mamed müəllimlərdi. Onların fəaliyyəti təkcə idman uğurları ilə deyil, həm də insanlara göstərdikləri diqqət və qayğı ilə yadda qalıb.
Abdullayev qardaşlarının rəhbərliyi altında yetişən idmançılar Dünya, Avropa, Beynəlxalq turnirlərin, eləcə də Olimpiya Oyunlarının iştirakçıları və mükafatçıları olmuşlar. Bu, onların peşəkarlığının, zəhmətinin və idmana olan sevgisinin açıq göstəricisidir.
Gündüz müəllim müasir hakimlik məktəbinin banisi kimi yadda qalıb. Milli hakimlərin inkişafında böyük zəhməti var.
Hazırda Gündüz müəllim Hakimlər Kollegiyasının sədridir. Onun rəhbərliyi dövründə Azərbaycan tekvondosunda beynəlxalq dərəcəli hakimlərin sayı xeyli artmış, çox sayda milli hakim yetişmişdir. Bu, ölkəmizin idman nüfuzuna böyük töhfədir.
Gündüz müəllimi fərqləndirən cəhət yalnız idarəçilik bacarığı deyil, həm də insani keyfiyyətləridir. O vaxtlar biz rayondan Bakıya qara kəmərə hazırlaşmağa gələndə, şəxsən yaxınlaşıb maraqlanmışdır ki, qalmağa yerin varmı, köməyə ehtiyacın olsa dəstək olaq. Onun bu diqqəti hər zaman hiss olunub. Yarışlarda, təlim-məşq toplanışlarında da məşqçilərə və idmançılara qayğı ilə yanaşması hər kəs tərəfindən dəyərləndirilib.
Mamed  müəllim də eyni xarakteri ilə seçilir. Mamed müəllim Vüqar demişkən, ürəydi. O, uzun illər çoxsaylı məşqçilərə yardım edib, onların təcrübə qazanmasına şərait yaradıb. Bu gün bir çox məşqçi və hakim onun verdiyi dəstək sayəsində fəaliyyətini uğurla davam etdirir.
Abdullayev qardaşları təkcə peşəkar məşqçi və hakim kimi deyil, həm də həyat müəllimləri kimi insanların həyatında xüsusi rol oynayıblar. Onlar sadəcə idman öyrətməyiblər, həm də yol göstərib, düzgün istiqamət veriblər.
Azərbaycan taekvandosunun inkişafında böyük xidmətləri olan Gündüz və Mamed Abdullayev qardaşları həm peşəkar idman adamları, həm də gözəl insanlıq nümunəsi olaraq tarixdə qalacaqlar. Onların adı idmanımızın şərəf salnaməsində daim hörmətlə çəkiləcək.
Abdullayevlərə səmimi salam olsun....

Oxunub: 124
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az