Gənc İdmançımız, Rizvan Abdullayevin uğur yolu.
Azərbaycan idman tarixində taekvondo idman növü daim öz sözünü demiş, istedadlı gənclərimiz beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmişlər. Belə gənc istedadlardan biri də Abdullayev Rizvan Cəlil oğludur.
Rizvan Abdullayev 2014-cü ilin 6 sentyabrında dünyaya gəlib. İdmanla ilk tanışlığı və peşəkar karyerasının başlanğıcı doğma adını daşıyan “Rizvan Taekvondo Klubu” ilə bağlıdır. Hazırda da o, məhz bu klubda məşqlərini davam etdirir.
Qısa zaman ərzində Rizvan idmanda böyük irəliləyiş əldə edib. O, uşaqlar arasında ikiqat Azərbaycan çempionu, müxtəlif beynəlxalq yarışların qalibi və Avropa çempionatının iştirakçısıdır. Qazandığı ən mühüm qələbələrdən biri isə Dağıstan şəhərində keçirilən beynəlxalq turnirdə çempionluq tituludur.
Rizvan, həmçinin, 1-ci dan qara kəmər ustasıdır və bu nailiyyət onun taekvondoda peşəkar şəkildə yüksəldiyini göstərir. Bu gün o, artıq Azərbaycan milli komandasının üzvü kimi ölkəmizi beynəlxalq arenada təmsil edir.
Rizvanın şəxsi məşqçisi onun atası Abdullayev Cəlildir. Atasının daim yanında olması, həm məşqçi, həm də valideyn kimi göstərdiyi diqqət və dəstək gənc idmançının yolunda ən böyük motivasiyadır.
İdmanla yanaşı, Rizvan təhsilinə də xüsusi önəm verir. O, Ağcabədi rayonu 1 saylı tam orta məktəbin şagirdidir. Məktəbin direktoru Nəsibova Samirə də daim onun uğurlarına diqqət və qayğı ilə yanaşır.
Azərbaycan idmanının gələcəyi məhz belə istedadlı gənclərin üzərində qurulur. Rizvan Abdullayevin uğurları həm həmyaşıdlarına nümunədir, həm də ölkəmizdə gənclərin idmana marağının artırılmasına xidmət edir.
Azərbaycan Taekvondo Federasiyası Rizvan kimi gənclərin inkişafında xüsusi rol oynayır və onların beynəlxalq yarışlarda iştirakını dəstəkləyir. Bu səbəbdən Rizvanın ailəsi və komandası Federasiyaya dərin minnətdarlıqlarını bildirir.
Oxunub: 106