

Etibarlı tələbəm, Kərimova Gülnar Ramil qızı.
Gələcəyin ümidverici idmançısı, vətənpərvər ailənin layiqli övladı, Kərimova Gülnar Ramil qızı 3 noyabr 2012-ci ildə Şamaxı rayonunun Göylər kəndində dünyaya gəlib. Hazırda Tehran Kərimov adına 2 saylı tam orta məktəbdə təhsil alır. Bu məktəbin onun üçün xüsusi bir mənası da var. Çünki məktəb, Gülnarın şəhid babası, baş leytenant Tehran Kərimovun adını daşıyır.
Tehran Kərimov 1992-ci ilin 19 noyabrında Ağdərə rayonunun Sırxavənd kəndində minaya düşərək qəhrəmancasına şəhid olub. Onun fədakarlığı, vətənə sevgisi Gülnar kimi gənc nəsillərə örnəkdir. Gülnar Şamaxı Olimpiya Mərkəzinin nümayəndəsidir.
Gülnarın həyatı isə həm ailə dəyərləri, həm də şəxsi əzmi ilə zəngindir. 2023-cü ildə taekvando idman növü ilə məşğul olmağa başlayan Gülnar qısa zamanda öz istedadı və zəhməti ilə fərqlənmişdir. Artıq 2024-cü ilin 24 avqust tarixində o, qara kəmər sahibi olaraq bu idman sahəsində ciddi nailiyyət əldə etmişdir. Onun uğurları bununla bitmir, iştirak etdiyi "Dostluq görüşü" tədbirində çəkilişə dəvət edilməsi onun nümunəvi idmançı kimi tanınmasına səbəb olmuşdur.
Ən böyük nailiyyətlərindən biri isə 2025-ci il aprelin 4-də Serbiyada keçirilən Uşaqlar Arasında Dünya Çempionatında 1-ci yerə layiq görülməsi olmuşdur. Gülnarın bu uğuru zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və üçrəngli bayrağımız yüksəyə qalxmışdır. Bu, yalnız bir idman qələbəsi deyil, həm də vətənin adını ucaldan bir zəfər idi.
Gülnar həm təhsildə, həm də idmanda fəallığı ilə seçilən etibarlı bir tələbəmdir.
Gülnarın inkşafında ATF, ŞOM və Alxas, Xanım, Etibar, Eşqin müəllimlərin böyük rolu olub.
Alxas Məmmədov.
Oxunub: 31
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az