Səbuhi Qarayevə ad günü münasibətilə təbrik sözlərim.....
Bəli, bu gün lakanik danışığın rəsmi nümayındəsi, fikrini 3 sözlə deyib 30 nəfəri hərəkətə gətirən, Şamaxı idmanının sakit qəhrəmanı ad gününü qeyd edir. Qarayevi tanıyanlar mənimlə razılaşarlar.
Səbuhi müəllim, elə bir insandır ki, onu görən idmançılar ya yarışa hazırlaşır, ya da artıq medal qazanıb gəlirlər. Bəzi dostlar o danışmır, amma dedikləri yerindədir desələr də, biz əminik ki, o danışanda, hamı qulaq asır, çünki o, sadə sözlərlə böyük işlərin adamıdır.
İdman təşkilatçısı deyəndə elə bilirsən ki, siyasi xadim danışır amma yox, bu, sadəcə Səbuhi Qarayevdir. Bir az gülümsəyir, tövsiyəsin verir, dinləyir, məsələni həll edir, bir az başını tərpədir, və... tədbir artıq baş tutub.
Ad gününüz mübarək, Səbuhi müəllim. Sizin simanızın içində bir idman ordusu yatır.
Allah sizi dostlarınıza çox görməsin. Amin.
Alxas.
Oxunub: 72
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az