Masallıda “23 İyun-Beynəlxalq Olimpiya Günü”nə həsr olunmuş kadetlər, yeniyetmə və gənclər arasında boks idman növü üzrə Masallı rayon açıq turniri keçirilib.
İyunun 23-25-də Masallı Regional Boks Mərkəzində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “23 İyun-Beynəlxalq Olimpiya Günü”nə həsr olunmuş kadetlər, yeniyetmə və gənclər arasında boks idman növü üzrə Masallı rayon açıq turniri keçirilib.
Turnirin keçirilməsində məqsəd gənc nəslin Olimpiya ideyaları ruhunda tərbiyə olunması, sağlam həyat tərzinə marağın artırılması, yeniyetmə və gənclər arasında boksun kütləviliyini artırmaq, perspektivli idmançıları üzə çıxarmaq, müxtəlif bölgələrdən olan idmançılar arasında təcrübə mübadiləsi və sağlam rəqabətin yaradılması eləcədə kadet, yeniyetmə və gənc idmançılara yarış təcrübəsi qazandırmaq, onların peşəkar arenaya hazırlığını dəstəkləməkdir.
Turnirdə qalib idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.
Oxunub: 51