Coşqun Nadirov Gürcüstanda keçiriləcək “IMERETI OPEN 2025” beynəlxalq taekvondo turnirinə Təşkilat Komitəsinin rəhbəri qismində dəvət alıb.




Azərbaycan Taekvondo Federasiyasının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Coşqun Nadirov Gürcüstanda keçiriləcək “IMERETI OPEN 2025” beynəlxalq taekvondo turnirinə Təşkilat Komitəsinin rəhbəri qismində dəvət alıb.
26–29 iyun tarixlərində baş tutacaq yarışın təşkili və idarə olunmasında azərbaycanlı mütəxəssisə üstünlük verilməsi ölkəmizin taekvondo sahəsindəki yüksək nüfuzunun göstəricisidir.
Qeyd edək ki, Coşqun Nadirov bir sıra beynəlxalq yarışlarda hakim kimi uğurla çıxış etmiş, peşəkarlığı ilə tanınan təcrübəli mütəxəssislərdəndir.

ATF.

Oxunub: 51
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az