Bizim cəmiyyətdə dürüst adama baxanda adamın ürəyi sıxılır. Çünki ilk baxışda elə bilirsən, ya başına bir şey düşüb, ya da bu adam dəlixanadan qacıb. Axı, bu dövrdə yalan danışmaq, fırıldaqla iş görmək, kiminsə işin vermək, ikiüzlülük etmədən irəliləmək mümkündürmü..
Əslində problem dürüst insanda yox, bizdədir. Bəli, bəlkə də özümüz vaxtında bir tülküdən dərs almışıq, indi də hər kəsə o tülkü gözlüyündən baxırıq. Yazığ tülkü. Tülkü demişkən, o da yafıma düşdü ki;
- Qurd qocalanda, tülkü ona dərs keçər.
Özüdə
İndi dürüst adamı görəndə gülürük ki;
- Sən hələ də düz yolnan çıxmamısan ? Ay yazıq, bizə oxşa dövr dəyişib axı. Gülə-gülə onun simasına, geyiminə, cibinə, ürəyinə, diplomuna baxırıq.
Cəmiyyətimiz yaman pozulub. Axı, bu cəmiyyətdə dürüstlük ya arxivə verilir, ya da muzeyə. Yeni nəsil dürüstlüyü bir xəstəlik kimi qəbul edir.
Ən pisi də bilirsiz nədir ? Biz dürüst adamı görəndə ona inanmırıq. Ona klon kimi baxırıq. Çünki biz özümüz artıq elə saxtalaşmışıq ki, düz adam bizə əyri gəlir.
Nə bilim vallah, bəlkə də düz adamlar bu cəmiyyət üçün artıq dəbdən düşüb..
Ya da sadəcə biz, pozulmuş fikirlərə doğru insanı çəkə bilmirik.
Alxas Məmmədov.