
Ağsu taekvondoçusu Ülvi Məmmədov 1-ci Dan Qara kəmər sahibi oldu.
14 iyun 2025-ci il tarixində keçirilən Qara Kəmər imtahanında Ağsu UGİŞM-in perspektivli taekvondoçusu Ülvi Məmmədov uğurla iştirak edərək 1-ci Dan Qara kəmər dərəcəsi qazanıb.
Ülvi Məmmədovun məşqçisi respublikanın tanınmış taekvondo mütəxəssislərindən biri, təcrübəli məşqçi Vüqar Kərimovdur. Gənc idmançı indiyədək həm respublika, həm də beynəlxalq miqyaslı yarışlarda bir sıra qələbələr qazanaraq, öz adını tanıtmağı bacarıb.
Ülvi uğurunun sirrini ailəsinin, atasının və məşqçisinin dəstəyində gördüyünü bildirib:
- Əldə etdiyim bu nailiyyət ailəmin, atamın və hörmətli məşqçim Vüqar müəllimin zəhməti sayəsində mümkün olub. Onlara minnətdaram.
Gənc idmançının yeni uğurlara imza atacağına inanırıq və ona gələcək karyerasında daha böyük nailiyyətlər arzulayırıq.
Oxunub: 92
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az