Qarşısına məqsədlər qoyan gənc...




Qarşısına məqsədlər qoyan gənc...
10 sentyabr 2007-ci ildə anadan olan Soltanova Türkanə Müşfiq qızı Şamaxı rayonunun Şəhriyar qəsəbəsində dünyaya göz açıb. O, burada yerləşən tam orta məktəbdə təhsil alaraq, məktəb həyatını fəallıqla və əzmkarlıqla başa vurub. Türkanə təkcə dərslərində deyil, məktəbdə keçirilən tədbirlərdə də fəal iştirakı ilə seçilib və öz bacarıqlarını daim nümayiş etdirməyə çalışıb.
Türkanə hazırda Şamaxı Olimpiya Mərkəzindı reqbi ilə məşğul olur. Türkanə teqbi ilə bərabər idmanın müxtəlif növlərinə maraq göstərir və idmanın həyatında mühüm rol oynadığına inanır. Onun fikrincə, idmanla məşğul olmağın əsas səbəbi qarşısına qoyduğu məqsədləri reallaşdırmaqdır. O düşünür ki, bədən və ruh sağlamlığı olmadan insan öz arzularına doğru inamla addımlaya bilməz. İdman isə bu gücü insana bəxş edir, intizam, dözüm və fokuslanmaq bacarığı kimi.
Türkanın hobbiləri isə onu digərlərindən fərqləndirir. O, musiqiyə qulaq asmaqdan zövq alır, zamanını faydalı və mənalı keçirməyə çalışır. Əsas arzusu isə, öz karyerasını qurmaq və gələcəkdə cəmiyyət üçün dəyərli bir insan olmaqdır. Onun üçün həyatda uğurun açarı, çalışqanlıq, inam və daxili motivasiyadır.
Öz məqsədlərinə doğru əmin addımlarla irəliləyən Türkanə, bir gənc qız olaraq Azərbaycanın gələcəyi naminə töhfə verməyə hazırdır. Onun həyat devizi sadə, lakin güclüdür: “İnamla yola çıx, zəhmətlə zirvəyə qalx!”

Oxunub: 54
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az