Mədinə İmaovanın öz yolu...
11 sentyabr 2007-ci ildə dünyaya gələn İmaova Mədinə Asif qızı, Şamaxının əzmkar gənclərindən biridir. O, 2025-ci ildə Şamaxı THT liseyinin məzunudur.
Mədinə idman sahəsində aktiv fəaliyyəti ilə seçilir. O, reqbi idman növü üzrə məşğul olur və bu sahədə özünü inkişaf etdirmək üçün yorulmadan çalışır.
İdman onun üçün sadəcə bir hobi deyil bu, həyat tərzidir. Fiziki sağlamlıqla yanaşı, güc də verən bu fəaliyyət onun xarakterinin formalaşmasında mühüm rol oynayıb. Mədinə üçün idmanla məşğul olmağın əsas səbəbi, özünü daha güclü, məqsədli və intizamlı bir fərd kimi yetişdirməkdir. O hesab edir ki, idman insanı yalnız fiziki deyil, mənəvi cəhətdən də möhkəmləndirir. Reqbi isə ona komanda ruhu, liderlik və sürətli qərarvermə bacarıqları qazandırıb.
Həyatın tempinə uyğunlaşmağı bacaran bu gənc xanımın hobbiləri də idmanla bağlıdır o, müxtəlif fiziki fəaliyyət növlərindən zövq alır. Onun sevdiyi rənglərin qara və ağ olması isə sadəliyin və ciddiyyətin təcəssümü kimi görünür.
Gələcəyə dair arzularına gəldikdə isə Mədinə, professional idmançı kimi Azərbaycanın adını beynəlxalq arenada tanıtmaq istəyir. Eyni zamanda o, gələcəkdə gənc nəslə motivasiya verəcək bir idman təlimçisi olmağı, xüsusilə də regionlarda idmanın inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub. Mədinə. bu ad hələ çox yarışlarda, çox tribunalarda səslənəcək. Çünki onun yolunda iradə, hədəf və çalışma var.
Oxunub: 66