IFAB (Beynəlxalq Futbol Assosiasiyasiyaları Şurası) penalti qaydalarında dəyişiklik edildiyini açıqladı.
Əgər penalti zərbəsi zamanı oyunçu sürüşərək və ya balansını itirərək topa qeyri-ixtiyari şəkildə iki dəfə toxunarsa (məsələn, top əvvəlcə dayaq ayağına, sonra zərbəni vuran ayağına dəyərsə):
Top qolla nəticələnərsə – penalti təkrar vurulacaq.
Top qolla nəticələnməzsə – epizod müdafiə olunan komanda üçün dolayı cərimə zərbəsi ilə davam edəcək.
Əgər oyunçu penalti zamanı qəsdən topa iki dəfə toxunarsa (məsələn, əvvəlcə bir ayağı ilə, sonra digər ayağı ilə), bu zaman:
Müdafiə olunun komanda üçün dolayı cərimə zərbəsi təyin olunur.
Əgər bu hal penaltilər seriyası zamanı baş verərsə, qayda pozuntusu səbəbindən zərbə keçərli hesab olunmur.
Bu qayda 1 iyul 2025-dən etibarən bütün turnirlərdə qüvvəyə minəcək və həmin tarixdən əvvəl başlayan yarışlarda da tətbiq oluna biləcək.
Oxunub: 59