“Zəfər” kubokunun açıq birinciliyi keçirildi.




 İsmayıllı Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinq idman növü üzrə “Zəfər” kubokunun açıq birinciliyi keçirildi.
İlk öncə dövlət himni səsləndirildi və Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhadətə ucalmış şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. 
Yarışın əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, kikboksinq idman növünün inkişafına dəstək olmaq və iştirakçıların idman ustalığını artırmaq idi. Eyni zamanda, bu yarış gənclərin fiziki hazırlığını möhkəmləndirmək, dostluq və həmrəyliyi gücləndirmək baxımından da mühüm əhəmiyyət daşıyırdı.Bu cür yarışlar həm də gənclərin milli ruhunu, vətənpərvərlik hissini möhkəmləndirməyə xidmət edir. Onların fiziki və mənəvi inkişafına töhfə verərək sağlam cəmiyyət qurulmasına öz töhfəsini verir. 
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və meddallarla tərtif olundular.

Oxunub: 54
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az