2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən V ixtisas qrupuna aid ixtisaslar üzrə müsabiqə şərtləri.
Qeyd: Burada qeyd edilən müsabiqə şərti üçün yazılan “Buraxılış balını” toplamaq və ixtisas seçimi etmək, harasa qəbul olmaq anlamına gəlmir! Yəni məsələn “Məşqçilik” ixtisası üzrə “70 bal” kimi göstərilən ixtisasların balı 90-100 bal arasında da ola bilər. Abituriyent buraxılış imtahanında 70 və daha yüksək bal toplayıbsa,onda ixtisas seçimi zamanı (“kodlaşma” vaxtı) müvafiq olaraq məqbul aldığı ixtisas üzrə öz ixtisas seçimi ərizəsində (15 yer yazmaq olur) həmin ixtisası qeyd edə bilər. Təbii ki,qabiliyyət və buraxılış balı keçid balına uyğun olsa seçimlərdəki ali təhsil müəssisəsinə qəbul ola bilər. Eyni zamanda “Məşqçilik” ixtisası üzrə tək buraxılış balı deyil,həmçinin 6-10 aralığındakı qabiliyyət balı da mühüm əhəmiyyət kəsb edir. Qısa olaraq deyə bilərik ki,“Məşqçilik” ixtisasında “qabiliyyət balı” yüksək olan abituriyent daha yüksək şansa malikdir.
61-ci komissiya (Məşqçilik) üzrə qabiliyyət imtahanında iştirak etmək üçün abituriyent 11-ci sinif “buraxılış imtahanında” 3 fənn üzrə (Azərbaycan (rus) dili,riyaziyyat və xarici dil) azı 70 bal toplamalıdır. Fənlər üzrə bal limiti tətbiq edilmir. Yəni hər hansı fənn üzrə 0 (sıfır) bal da ola bilər.
Ətraflı:
Hər birinizə uğurlar!
Kamran Əsədov.
Oxunub: 177
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az