Yunan-Roma güləşi üzrə respublika birinciliyi keçirilib.



Yunan-Roma güləşi üzrə respublika birinciliyi keçirilib.
17-18 may 2025-ci il tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Yunan-Roma güləşi üzrə respublika birinciliyi keçirilib.
2010-2012-ci il təvəllüdlü idmançılar arasında təşkil olunan yarış Gəncə şəhər İdman Liseyində baş tutub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndiririlib, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbirdə Elm və Təhsil nazirinin müşaviri, “Təhsil” Respublika İdman Mərkəzi”nin direktoru  Rüstəm Ağayev, Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin müdiri Elçin Kərimov, “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Şöhrət” ordenli Elçin Zeynalov, ”Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin rəhbəri “Şöhrət” ordenli Paralimpiya çempionu Ramil Qasımov, Gəncə şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin rəhbəri, “Əməkdar Bədən tərbiyəsi və idman xadimi” Asif Həsənov, Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin baş təlimatçısı “Şöhrət” Ordenli Əli Hacıyev iştirak edib. 
İki gün davam edən yarışda 10 çəki dərəcəsində qaliblər müəyyən edilib. Qalib olan idmançılar “Təhsil” Respublika İdman Mərkəzinin diplom və medalları ilə təltif olunublar.

Oxunub: 40
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az