Reqbi.



Şamaxıda Reqbi.
2022-ci ildən etibarən Şamaxıda yeni bir idman növü – reqbi inkişaf etməyə başlayıb. Bu maraqlı və dinamik idman növünün bölgəmizdə əsasının qoyulması Səbuhi Qarayevin təşəbbüsü ilə mümkün olub. İlk məşqlərə isə Alxas Məmmədov və Xanım Osmanova rəhbərlik edib.
İlk reqbi komandaları Şamaxı THT liseyi, Sabir qəsəbəsi, Avropa liseyi və Əngəxara orta məktəbi ilə formalaşıb. Keçirilən ilk yarışda Şamaxı THT liseyi çempion olaraq tarixə düşüb. Bu liseyin komandası hazırda da fəal şəkildə fəaliyyət göstərir və onların məşqçiləri Etibarov Əliməhəmməd və Məmmədov Alxasdır.
Şamaxıda reqbi yalnız məktəblərdə deyil, daha geniş şəkildə – Şamaxı Olimpiya İdman Kompleksinin dəstəyi ilə inkişaf edir. Kompleksin rəhbərliyi və kollektivi reqbinin bölgədə tanıdılması və yayılması üçün daim dəstək göstərir, uşaqlara və yeniyetmələrə hərtərəfli şərait yaradır.
Hazırda Şamaxı reqbi qızlar komandası böyük bir hədəfə – Özbəkistan səfərinə hazırlaşır. Bu, qızlarımız üçün ilk beynəlxalq təcrübə olacaq və onları gələcək uğurlara daha da ruhlandıracaq.
Şamaxı Olimpiya Kompleksinin yetirmələri Fəqan və İsmayıl artıq Gürcüstan, Özbəkistan və Bosniya və Herseqovina kimi ölkələrdə beynəlxalq yarışlarda iştirak ediblər. Onlar Azərbaycan yığmasının heyətində çıxış edərək bölgəmizin adını layiqincə təmsil ediblər.
Şamaxıda reqbi sadəcə idman deyil – bu, gənclərin yeni maraq sahəsinə çevrilib. Uğurların davamlı olması üçün həm Azərbaycan Reqbi Federasiyasının, peşakar müəllimlərin, həm valideynlərin, həm də yerli rəhbərliyin dəstəyi olduqca önəmlidir. Görünən odur ki, reqbi Şamaxının idman xəritəsində artıq öz yerini tutub.
Müəllif: Nəzrin Məmmədova

Oxunub: 71
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az