Astarada “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib.
Astarada “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib.Mayın 10-da Astara Gənclər evində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Astara Gənclər evi Sosial Xidmət Müəssisəsinin dəstəyi ilə “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib.Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin idmana marağının artırılması, yoldaşlıq əlaqələrinin möhkəmləndirilməsi və asudə vaxtın faydalı təşkil olunmasıdır. Kütləvi idman tədbirində stolüstü tennis, voleybol idman növləri, nərd və şahmat stolüstü oyunları keçirilib.Tədbirdə 54 nəfər iştirak edib.
Oxunub: 74