"Konstitusiya və Suverenlik ili" çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş futbol üzrə rayon çempionatının final oyunu keçirilmişdir.
Qobustan İdman Kompleksində Qobustan Rayon İcra Hakimiyyətinin, YAP Qobustan rayon təşkilatının və Dağlıq Şirvan Regional Gənclər İdman İdarəsinin Qobustan rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş futbol üzrə rayon çempionatının final oyunu keçirilmişdir. Final oyununda Qobustan şəhər komandası Ərəbşahverdi kənd komandasına qalib gəlmişdir. Hər iki komanda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları,medalları,kubokları,Rayon İcra Hakimiyyəti başçısının və YAP Qobustan Rayon Təşkilatının Fəxri Fərmanları ilə təltif edilmişdir.
Oxunub: 57