Avropa Kubokunda medallarımızın sayı 3-ə çatdı.




Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında keçirilən Avropa Kubokunda millimiz daha 2 medal qazanıb. 
-40 kq çəki dərəcəsində mübarizə aparan Mədinə Hüseynova və -44 kq çəkidə qüvvəsini sınayan Xədicə Abdullayeva bürünc medala yiyələniblər. 
Bununla, cüdoçularımızın Avropa Kubokunda əldə etdiyi medalların sayı 3-ə çatıb. Daha əvvəl Aysun Məmmədova (-52 kq) yarışın qızıl medalına sahib çıxmışdı. 
Qeyd edək ki, bu gün Avropa Kubokunda daha 5 cüdoçumuz tatamiyə çıxacaq.

Oxunub: 70
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az