Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.



“İdman həftəsi” çərçivəsində martın 4-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
Azərbaycan İdman Akademiyasında təşkil edilən görüşdə ötən ay Türkiyənin Antalya şəhərində keçirilən  “Turkish Open” beynəlxalq turnirində, eləcə də “Fujairah Open” beynəlxalq turnirdə nailiyyət qazanan milli komandamızın taekvondoçuları və məşqçi heyəti də iştirak edib. 
Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.

ATF.


Oxunub: 72
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az