Şamaxı "Şirvan" güləş klubunun fitnes zalında
28 fevral 2025-ci il tarixində Şamaxı "Şirvan" güləş klubunun fitnes zalında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə təcrübəli məşqçi-müəllim dəfələrlə poverliftinq idman növü üzrə Azərbaycan çempionu Səxavət Məhərrəmovun rəhbərliyi altında "İdman hamı üçün" layihəsi çərçivəsində fitnes idman növü üzrə ustad dərsi keçirildi.Tədbir zamanı məşqçi müəllim Səxavət Məhərrəmov idmançılara hansı alətlə necə davranmağı və neçə dəfə təkrarlamağı izah etdi, idmançılar həvəslə öz proqramları üzrə məşqlərini icra etdilər.
Oxunub: 13