Bəhreynin paytaxtı Manamada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatı başa çatmaq üzrədir. Yarış iştirakçıları arasında Azərbaycan təmsilçisi də var. 109 kq çəki dərəcəsində körpücük üzərinə Dadaş Dadaşbəyli çıxıb və uğur qazanıb!
Atletimiz birdən qaldırma hərəkətində 183 kq-ı ram edib və bu hərəkətdə 4-cü olub.
Dadaş təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur qazanıb. O, 221 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə dünya çempionatının gümüş medalına sahib çıxıb.
Dadaşbəyli toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb.
Dadaş ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanaraq 18 illik fasilədən sonra bu nəticə nail olan ağırlıqqaldıran olmuşdu.
Oxunub: 81
Sorğu
Qarabağda, haylarla yaşamaq istəyirsinizmi ?
-
Xəbər xətti
13-02-202502-02-202531-01-202529-01-202511:57 | Maraqlı foto.27-01-202524-01-202520-01-202518-01-202517-01-202517:47 | : "İnsan Alverinə Qarşı Mübarizədə Koalisiyanın fəaliyyətini dəstəkləyirik" - Ramil İskəndərli17:32 | Təcrübəli məşqçilər......13-01-202512-01-202511-01-2025-
Copyright © 2021 Azgundem.az
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
keçidin qoyulması, saytımıza istinad mütləqdir.
Created Web Media -
Baş redaktor: Kazım Ağamikayıloğlu
Mob: (050) 679-13-43
Mob: (055) 674-18-33
Email: [email protected]
-
Copyright © 2021 Azgundem.az
![](/templates/Azgundem6/images/sehidler-az.jpeg)