Ağdamda cüdo idman növü üzrə uşaq və yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir.
25 oktyabr 2024-cü il tarixdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağdam rayonu üzrə Gənclər və İdman Sektoru, Ağdam Olimpiya İdman Kompleksi və Ağdam UGİŞM-in birgə təşkilatçılığı ilə cüdo idman növü üzrə uşaq və yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir. Birinciliyin açılış mərasimində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qarabağ RGİİ-nin Ağdam sektorunun, Ağdam OİK-in, Ağdam UGİŞM-in nümayəndələri çıxış edərək idmana olan dövlət qayğısından, bu sahədə əldə olunmuş nailiyyətlərdən danışmış, yarış iştirakçılarına uğurlar arzulamışlar. Yarışda müvafiq çəki dərəcələri üzrə qalib idmançılar Qarabağ Regional Gənclər və İdman idarəsi tərəfindən diplomlarla və Ağdam UGİŞM tərəfindən medallarla təltif olunmuşlar. Tədbirdə 52 idmançı iştirak etmişdir.
Oxunub: 99