“Yaşıl dünya naminə həmrəylik ili”
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin və Abşeron - Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Xırdalan şəhəri 11 saylı tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş voleybol idman növü üzrə ümumtəhsil müəssisələrinin qızları arasında Abşeron rayon kubokunda Aşağı Güzdək komandası birinci, Xırdalan şəhər 1 saylı tam orta məktəbin komandası ikinci və Xırdalan şəhər 9 saylı tam orta məktəbin komandası üçüncü yeri tutub. Qalib və mükafatçılar Regional İdarə tərəfindən diplom və medallarla təltif olunub.
Oxunub: 66