Tərtərdə tir atıcılığı üzrə rayon turniri keçirilib.

22 oktyabr 2024-cü il tarixdə Qarabağ RGİİ-nin təşkilatçılığı ilə Gənclər mərkəzində, rayonun müxtəlif idman bölmələrində məşğul olan gənclər arasında "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr edilmiş  tir atıcılığı üzrə rayon turniri keçirilib. 
Turnirin keçirilməsində əsas məqsəd idmançılar arasında təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarət olmuşdur.
Tədbirdə 28 nəfər idmançı iştirak etmişdir.
Yer tutmuş idmançılar müvafiq dərəcəli diplomlarla təltif edilmişlər.

Oxunub: 59
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az