Ağdamda "Sağlam bədəndə sağlam ruh" devizi altında idman tədbiri keçirilib.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin birgə təşkilatçılığı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə 16 oktyabr 2024-cü il tarixdə Ağdam Olimpiya İdman Kompleksində gənclər arasında "Sağlam bədəndə sağlam ruh" devizi altında kross qaçışı və turnikdə dartınma hərəkətləri üzrə respublika yarışlarının Ağdam rayon mərhələsi keçirilib.
Açılış mərasimində öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri sükutla yad edilib.
Tədbirin məqsədi gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsindən ibarət olmuşdur.
Tədbirdə çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışmış, bu cür yarışların gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.
Tədbirin rəsmi hissəsindən sonra yarışlara start verilib. Müvafiq olaraq I, II, III yerlərin qalibləri Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.
Oxunub: 61