08 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin müdiri Mehriban QuIiyeva tərəfindən Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və rayonlar üzrə gənclər və idman sektorlarının əməkdaşları üçün Mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi sisteminə keçidlə bağlı təlim keçirilib.
Təlimdə 01 noyabr 2024-cü il tarixindən Regional Gənclər və İdman İdarələri Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sisteminə keçdikdən sonra sənəd dövriyyəsinin qurulması, sənədlərlə işin aparılması, onların hərəkəti, istifadə olunması və digər məsələlər diqqətə çatdırıldı.
Təlimin ikinci hissəsində regional idarələr üçün test rejimində çalışan ESD sistemi Gənclər və İdman Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin müdiri Mehriban QuIiyeva tərəfindən idarə əməkdaşlarına praktiki izah olunmuşdur.
Oxunub: 161