Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin əməkdaşları da iştirak ediblər.
08 oktyabr 2024-cü il tarixində İsmayıllı şəhər Nizami küçəsində (İsmayıllı şəhər 5 saylı tam orta məktəbin yaxınlığında) İsmayıllı "Xüsusi Təyinatlı Kikboksinq" İdman Klubunun növbəti zalının açılşı oldu.Klubun rəhbəri 5 - ci dan qara kəmər ustası, Dünya çempionu Bayram Qəhrəmanov gələn qonaqları salamlayaraq bildirdi ki, hər il olduğu kimi bu il də klubun yetirmələri ölkə birinciliyi və çempionatlarında uğurla çıxış ediblər.Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin əməkdaşları da iştirak ediblər.Tədbirin rəsmi hissəsindən sonra qonaqlar klubun yetirmələrinin nümunəvi çıxışlarını izləyiblər.Klub eyni zamanda da İsmayıllı Olimpiya İdman Kompleksində də fəaliyyət göstərir.
Oxunub: 117