Oktyabrın 16-dan 19-dək Bakıda ilk dəfə olaraq “TeamGym” üzrə Avropa çempionatı keçiriləcək.
Oktyabrın 16-dan 19-dək Bakıda ilk dəfə olaraq “TeamGym” üzrə Avropa çempionatı keçiriləcək. “TeamGym” 3 alət üzrə çıxışları əhatə edən komanda yarışıdır. İştirakçılar “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini-batut) üzərində bacarıqlarını nümayiş etdirəcəklər. Avropa qitəsinin ən yaxşı komandaları Milli Gimnastika Arenasında çempion titulu uğrunda mübarizə aparacaqlar. Yarışları izləmək və idmançılarımıza dəstək olmaq üçün biletləri iticket.az saytından əldə edə bilərsiniz.Dörd gün davam edəcək maraqlı yarışların cədvəlini təqdim edirik.
Oxunub: 124