19 iyul 2024-cü il tarixində, Şamaxı Şəhər Stadionunda "İdman hamı üçün" layihəsi çərçivəsində Sərbəst güləş idman növü üzrə ustad dərsləri keçirildi.
19 iyul 2024-cü il tarixində, Şamaxı Şəhər Stadionunda "İdman hamı üçün" layihəsi çərçivəsində Sərbəst güləş idman növü üzrə ustad dərsləri keçirildi. Tədbirdə yeniyetmələr proqrama qoşularaq, peşəkar məşqçi-müəllim Elxan Quliyevin rəhbərliyi altında müxtəlif fəndlər, o cümlədən güləş idman növü haqqında ətraflı məlumat əldə etdilər. Qeyd edək ki, təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.
Oxunub: 115