Sumqayıt cüdoçlarının növbəti uğuru!
Sumqayıt cüdoçlarının növbəti uğuru!02-03 mart 2024-cü il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa kubokunda iştirak edən milli yığma komandanın üzvləri, Sumqayıt cüdo məktəbinin yetirmələri Nihad Məmişov (55 kq) qızıl, Aytən Verdiyeva (57 kq) gümüş, Diana Eldarova (48 kq) və Kənan Sadıqov (66 kq) bürünc medal qazanıb. İdmançıların məşqçiləri müvafiq olaraq İlham Məmmədov, Rüfət Mikayılov, Elçin Səfixanov və Emin Beydullayevdir.İdmançılarımızı təbrik edirik!
Oxunub: 195