Azərbaycan kuboku yarışında komandamız ümumi komanda hesabında 2 yerə layiq görüldük.
24-25 fevral 2024-cü il tarixlərində Masallı rayon Regional Taekvondo Mərkəzində Taekvondo idman növü üzrə gənclər arasında ölkə kuboku keçirilib. Yarışda Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin idmançıları uğurlu çıxış edərək ümumilikdə 3 qızıl, 2 gümüş, 6 bürünc medal qazanıb.Ümumi nəticəyə əsasən “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası birinci, Abşeron rayon komandası ikinci yerə layiq görülüb.
Oxunub: 190