Mina təhlükəsi ilə bağlı maarifləndirici təlimlər Suqovuşan və Şıxarx qəsəbələrində keçirilib.
“Çıraq” Humanitar və İnkişaf İctimai Birliyi “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması” layihəsinin icrasını davam edir.
2025-ci il iyulun 29-30 tarixlərində layihə çərçivəsində Suqovuşan qəsəbəsində və Tərtər rayonu Şıxarx qəsəbəsində mina və partlamamış hərbi sursatların törədə biləcəyi təhlükələr barədə yerli əhali üçün maarifləndirici tədbirlər keçirilib.
İctimai Birliyin sədri Nadir Cəfərovun sözlərinə görə, layihənin məqsədi əhalini mina və partlamamış hərbi sursatların doğura biləcəyi təhlükələr barədə maarifləndirməkdir.
Tədbirlər zamanı mütəxəssislər tərəfindən qəsəbə sakinlərinə mövzu ilə bağlı ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bukletlər paylanıb.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Oxunub: 31