İmzalanmış yeni Fərmana əsasən, 2025-cü ilin 1 iyulundan.
Şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü – 700 manat;
Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:
81-100 faiz pozulmasına görə (I dərəcə) — 600 manat,
61-80 faiz pozulmasına görə (II dərəcə) — 500 manat,
31-60 faiz pozulmasına görə (III dərəcə) — 400 manat;
Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü — 2200 manat;
Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü — 2000 manat;
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1700 manat;
Uşağın anadan olmasına görə birdəfəlik müavinət — 600 manat;
Dəfn üçün birdəfəlik müavinət — 600 manat;
Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət:
0-6 yaş arası uşaq üçün — 500 manat,
7-13 yaş arası uşaq üçün — 600 manat,
14-18 yaş arası uşaq üçün — 650 manat
Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:
81-100 faiz pozulmasına görə (I dərəcə) — 300 manat,
61-80 faiz pozulmasına görə (II dərəcə) — 250 manat,
31-60 faiz pozulmasına görə (III dərəcə) — 180 manat;
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü — 350 manat
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü — 250 manat;
Övladlığa götürülən hər uşağa görə aylıq müavinət 240 manat;
Ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) — 140 manat;
Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət — 140 manat;
Beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət — 140 manat;
Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) - 140 manat;
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət - 140 manat;
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü — 120 manat;
Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:
“Xalq” fəxri adına görə — 300 manata,
“Əməkdar” fəxri adına görə — 200 manata çatdırılır;
Oxunub: 133