Şamaxı Heydər Əliyev Mərkəzinin və Şamaxı Dövlət Regional Kollecin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 ilinə həsr edilmiş " Heydər Əliyev xatirələrdə" adlı elmi-praktik konfrans keçirilib.




Şamaxı Heydər Əliyev Mərkəzinin və Şamaxı Dövlət Regional Kollecin birgə təşkilatçılığı ilə   Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 ilinə  həsr edilmiş " Heydər Əliyev xatirələrdə" adlı elmi-praktik konfrans keçirilib.
  Konfransa başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin Şamaxıya tarixi səfərlərini əks etdirən sərgiyə baxış keçirilib.
   Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Sonra Ulu Öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
   Konfransı giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova Ulu  Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıb. Bildirib ki,  Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. 
  Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı  tariximizin qızıl səhifələridir.
Kollecin direktoru iqtisad elmləri üzrə namizəd, dosent İlham Qasımov çıxışında qeyd edib ki, Ötən əsrin 60-cı illərinin axırlarından Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra Azərbaycan cəmiyyətinin yenidən qurulması sahəsində müxtəlif istiqamətlərdə geniş miqyaslı işlər həyata keçirərək Azərbaycanı sosial-iqtisadi göstəricilərinə görə keçmiş İttifaqın qabaqcıl respublikaları sırasına çıxartmışdır. Bu istiqamətlərdən biri, bəlkə də ən əsası Azərbaycanda elmin və təhsilin inkişafı olmuşdur.
  ADPU-nun Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının dosenti, t.ü.f.d Zərifə Cavadova  1993-2003-cü illərdə Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan, ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılmasından, möhkəm hüquqi bazanın yaradılmasından, müstəqilliyimizin, suverenliyimizin qarantı olan güclü, qüdrətli ordumuzun formalaşdırılmasından, azərbaycançılıq ideologiyasının inkişafından və təbliğindən geniş bəhs edərək bildirib ki, hər bir uğur Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun yaratdığı möhkəm təməl üzərində Azərbaycan inkişaf etdi və ən böyük arzularından biri reallığa çevrildi.
  Şamaxı rayon Gənclər və İdman sektorunun müdiri Şahmar Hüseynov Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.Natiq bildirib ki, Heydər Əliyev gənc nəsilin formalaşması üçün çox böyük işlər görüb. Əlbəttə, o özü gəncliyə çox böyük 
örnək olub. Bu gün də gənc nəsil Ümummilli Liderin yolunu böyük uğurla davam etdirir. Ümummilli lider 
gəncləri təhsilli, elmli, vətənpərvər ruhda, dinini, millətin bütövlüyünün qorunmasında iştirak edən gənclik kimi görmək istəyirdi
sağlam ruhda, sağlam düşüncəli gənclərin yetişməsinə şərait yaradırdı. Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər
 əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin 
yetişdirilməsindən ibarət olub.

Oxunub: 89
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az