Böyük Azərbaycan şairi, satiriki M.Ə.Sabir yaradıcılığının öyrənilməsi, təbliği və anadan olmasının 163-cü ildönümü münasibətilə qiraət müsabiqəsinin keçirilməsi layihəsi nəzərdə tutulmuşdur.


M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyinin 2025-ci il tədbirlər planına müvafiq olaraq, Böyük Azərbaycan şairi, satiriki M.Ə.Sabir yaradıcılığının öyrənilməsi, təbliği və anadan olmasının 163-cü ildönümü münasibətilə qiraət müsabiqəsinin keçirilməsi layihəsi nəzərdə tutulmuşdur.
     1 may  2025-ci il tarixində M.Ə.Sabirin Şamaxıdakı Ev- Muzeyinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın böyük xalq şairi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 163-cü ildönümünə həsr olunmuş ,  Şamaxı rayonu üzrə ümumtəhsil məktəb şagirdləri arasında  bədii qiraət müsabiqəsinin 1- ci mərhələsi,  seçim turu baş tutdu.                                                                             
     Müsabiqədə  63 nəfər  ümumtəhsil məktəb şagirdləri  iştirak etdi.                                                
Keçirilən tədbirdə münsiflər heyəti qismində ;                                                                                                              
      M.Ə.Sabirin Şamaxıdakı Ev- Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Rəqsanə Xəlilzadə,
    ADPU-nun Şamaxı filialının kafedra müdiri, filologiya elmləri üzrə  fəlsəfə doktoru,dossent, ədəbiyyatşünaslıqımızda milli memuar ədbiyyatın ilk sistemli tədqiqatçısı, Sabirşünas alim Eyvaz Eminalıyev,                                                                           
    ADPU-nin və BDU-nin dossenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Elmi Katibi, ADPU-nun nəzdində Türkalogiya Mərkəzinin türk tarixi bölməsinin müdiri Dəyanət Musayev,
    Bakı şəhəri Xətai rayonu 165 saylı tam orta məktəbin ana dili və ədəbiyyat müəllimi, şairə  Mehparə Səfərova,                                                                                                     
    AMEA Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru,” M.Ə.Sabir və İslam dini” kitabının müəllifi Fariz Qasımbəyli,    
     Şamaxı rayon Göylər Dağ 2 nömrəli tam orta  məktəbin tədris-tərbiyə  işləri üzrə  direktor  müavini Nişanə Eyyubova iştirak etdilər.                                                                   Şagirdlərin söylədiyi şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
      Müsabiqənin yekun turunun  qiymətləndirməsi 2-ci mərhələdə , 
16 may 2025-ci il tarixində ,saat 11:00-da Şamaxı rayon Mədəniyyət Mərkəzində keçiriləcəkdir.

Oxunub: 95
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az