ABŞ Prezidenti Donald Tramp 8 may tarixini İkinci Dünya Müharibəsində Qələbə Günü elan edib



ABŞ Prezidenti Donald Tramp 8 may tarixini İkinci Dünya Müharibəsində Qələbə Günü elan edib.
“ABŞ-nin bir çox müttəfiqləri və dostları 8 Mayda Qələbə Gününü qeyd edirlər, lakin bu qələbəni əldə etmək üçün amerikalılar hamıdan çox iş görüblər”, -o “Truth Social” sosial şəbəkə hesabında yazıb.
Bundan əlavə, Donald Tramp noyabrın 11-ni Birinci Dünya Müharibəsində Qələbə Günü elan edib. O bildirib ki, ABŞ hər iki müharibədə qalib gəlib, lakin bu barədə təşəbbüs göstərən liderləri olmadığı üçün sözügedən qələbələri heç vaxt qeyd etməyiblər.
Qeyd edək ki, əksər Avropa ölkələri İkinci Dünya Müharibəsində Qələbə Gününü mayın 8-də qeyd edirlər. Postsovet məkanında isə bu qələbə mayın 9-da qeyd olunur.

Oxunub: 95
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az