Tovuz Gənclər Evinin əməkdaşları tərəfindən Tovuz şəhərində məktəbli gənclərlə “Türkmənçay sülh müqaviləsinin nəticələri və onun İrəvan xanlığının gələcək taleyinə təsiri” mövzusunda maarifləndirici görüşlər keçirilmişdir.Görusün məqsədi Azərbaycan tarixinə böyük təsir göstərmiş bu müqavilənin mahiyyətini anlamaq və onun doğurduğu nəticələri gənclərə çatdırmaq olub.
Görüş zamanı Türkmənçay sülh müqaviləsinin Rusiya ilə Qacarlar dövləti arasında 1828-ci ildə imzalandığı və onun Azərbaycan torpaqlarının parçalanmasına səbəb olduğu bildirilib. Xüsusilə, müqavilədən sonra İrəvan xanlığının taleyinin dəyişdiyi, burada ermənilərin məqsədyönlü şəkildə yerləşdirildiyi və demoqrafik vəziyyətin süni şəkildə dəyişdirildiyi vurğulanıb.
Qeyd edilib ki, həmin dövrdən başlayaraq İrəvan xanlığının əhalisi dəyişdirilib, azərbaycanlıların sıxışdırılması prosesi gedib və bu, sonrakı illərdə erməni iddialarına zəmin yaradıb.
Sonda vurğulanıb ki, tariximizi dərindən öyrənmək, tarixi həqiqətləri unutmamaq və gələcək nəsillərə ötürmək milli kimliyimizin qorunması üçün vacibdir. Belə tədbirlərin keçirilməsi gənclərin tarixə olan marağını artırır və onları daha məlumatlı edir.
Oxunub: 63