Atası Qustav oğlunu futbolçu kimi görmək istəyirdi.



Şvartsenegger (almanca Arnold Alois Schwarzenegger30 iyul 1947-ci ildə Avstriyanın Qrats şəhəri yaxınlığında yerləşən Tal kəndində anadan olub. Polis zabiti olan atası Qustav, 1938-ci ildən Nasional-Sosialist partiyasının üzvü idi.

Atası Qustav oğlunu futbolçu kimi görmək istəyirdi. Arnold isə uşaqlıqdan bəri ağırlıq qaldırma ilə məşğul olurdu. 1965-ci ildə Arnoldu hərbi xidmətə çağırırlar. Elə həmin ildə o bodibildinq üzrə "Mister Avropa" yarışmasında iştirak etmək üçün özbaşına hərbi hissəni tərk edir və həmin yarışmada iştirak edərək qalib gəlir. İki il sonra isə, o dünyanın ən gənc "Mister Olimpiya" titulunu qazanmış idmançı olur. Sonradan o bu titulu daha 4 dəfə əldə edir.

21 yaşı tamam olanda Arnold ABŞ-yə köçür. Bodibildinq məşqlərini burda da davam etdirir. O burada həmçinin Viskonsin Universitetində təhsil alır və 1979-cu ildə biznes və beynəlxalq iqtisadiyyat üzrə dərəcə alır. İdmandan gələn gəlirlərlə o daşınmaz əmlak alır və bodibilderlər üçün məşq alətləri satan şirkət açır. 22 yaşında isə artıq milyonçu olur.

1987-ci ildə Maria Şrayver ilə ailə həyatı qurub. 4 uşağı var. Arnold ürəyində 2 əməliyyat keçirmişdir və sağlamlığı ilə bağlı olaraq daima narahatdır.

Atasının təsiri altında Arnold Şvartsenegger futbolla məşğul olsa da, sonralar bodibildinqə üstünlük verib. Kaliforniyanın 38-ci qubernatoru, respublikaçı Arnold Schwarzenegger düz yeddi dəfə “Mister Olimpiya” titulunu qazanıb. Onun IQ-sü 135-dir. Arni bir zamanlar hərbi xidmətdə olarkən sürücü-mexaniki olduğu М47 tankını Avstriya hökumətindən 1,4 milyon dollara alaraq, Amerikaya gətirib. Əvvəlcə tankı muzeyə versə də, sonradan geri götürərək evinə yaxnın ərazidə quraşdırıb. Т800 filmindəki Terminator obrazına görə Arnold Schwarzenegger qonorar olaraq Gulfstream III təyyarəsini alıb. 1991-ci ildə ekranlaşdırılan “Terminator-2 : Qiyamət günü” filmindəki baş roluna görə onun aldığı qonorar 12 milyon dollar olub. Film boyunca o, təxminən 700 söz işlədib. Beləliklə də Kaliforniyanın keçmiş qubernatorunun ağzından çıxan hər söz 17,143 dollarla qiymətləndirilib. Bu filmdən sonra o, bir daha mənfi obraz yaratmayacağına söz versə də, 1997-ci ildə “Betmen və Robin” filmində Mister Friz obrazını canlandırıb. Boyu 1 metr 88 santimetr olan Arnold Şvartsenegger bir filmə görə 30 milyon dollar qonorar alan ilk aktyordur. İlk dəfə ekranda o, azbüdcəli “Herakl Nyu-Yorkda” filmində görünüb. Onun ingiliscəsi o qədər bərbad olub ki, Arninin yaratdığı qəhrəmanı ayrı aktyor səsləndirib. Onun soyadı alman dilindən tərcümədə qara əkinçi deməkdir. Çətin tələffüz edilən soyadından müvəqqəti imtina edərək, öz kinokaryerasına Arnold Stronq yəni güclü ləqəbi ilə başlayıb. 30 yaşında artıq milyonçuya çevrilən Arnold uğurlu yatırımlar etməklə daha da varlanıb. 21 yaşında Amerikaya gələrəkən ingiliscə güclə danışan Arnolda Hollivudu fəth etməyə heç nə mane ola bilməyib. 2002-ci ildə onun doğma şəhəri Qrasda Terminatora heykəl qoymaq istəyiblər. Lakin layihəyə Arnoldun öz şəxsi istəyi əsasında xitam verilib. Buna baxmayaraq, həmin şəhərdə onun adını daşıyan stadion var. 2004-cü ildə Havay adalarında istirahət edən Schwarzenegger dənizdə batan adamı xilas edib.

Oxunub: 106
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az