Gənclər və İdman Nazirliyi 2024-cü ilin idman yekunlarına həsr edilmiş qala gecəsi təşkil edib.
Yanvarın 9-da Gənclər və İdman Nazirliyi 2024-cü ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirib. "Buta Palace"da təşkil edilən tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2024-cü ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Nazir 2025-ci ilin idmanımız üçün daha da uğurlu olacağına inandığını bildirib.
Daha sonra 2024-cü ilin idman yekunları barədə hesabat videoçarxı təqdim edilib. Ardınca federasiyalar, idman jurnalistləri arasında və sosial mediada aparılmış sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub.
2024-cü ilin ən yaxşıları sorğusunun yekun nəticələrinə əsasən aşağıdakı nominasiyalar üzrə qaliblər təltif ediliblər:
2024-cü ilin ən yaxşı idman federasiyası
1. Azərbaycan Cüdo Federasiyası
2. Azərbaycan Gimnastika Federasiyası
3. Azərbaycan Güləş Federasiyası
2024-cü ilin qadınlardan ibarət ən yaxşı milli komandası
1. Bədii gimnastika qrup hərəkətləri komandası
2. 3x3 basketbol üzrə milli komanda
3. Güləş üzrə milli komanda
2024-cü ilin kişilərdən ibarət ən yaxşı milli komandası
1. Yunan-Roma güləşi üzrə milli komanda
2. Cüdo üzrə milli komanda
3. Sərbəst güləş üzrə milli komanda
2024-cü ilin qadınlardan ibarət ən yaxşı klub komandası (Oyun idman növləri)
1. “Azərreyl” çimərlik voleybolu komandası
2. “Neftçi” 3x3 basketbol komandası
3. “Qarabağ” həndbol komandası
2024-cü ilin kişilərdən ibarət ən yaxşı klub komandası (Oyun idman növləri)
1. “Qarabağ” futbol komandası
2. “Azərreyl” çimərlik voleybolu komandası
3. “Birbaşa Bakı” minifutbol komandası
2024-cü ilin ən yaxşı idman klubu
1. “Ocaq Sport” İdman Klubu
2. “Neftçi” İdman Klubu
3. “Volan” Badminton Klubu
2024-cü ilin ən yaxşı qadın məşqçisi
1. Siyana Vasileva (bədii gimnastika)
2. Solmaz Adilova (qadın güləşi)
3. Larisa Axundova (kanoe və kayak)
2024-cü ilin ən yaxşı kişi məşqçisi
1. Riçard Trautman (cüdo)
2. Məmməd Abdullayev (taekvondo)
3. Qurban Qurbanov (futbol)
2024-cü ilin qeyri-olimpiya növləri üzrə ən yaxşı məşqçisi
1. İradə Qurbanova (akrobatika gimnastikası)
2. Adil Hüseynzadə (tamblinq gimnastikası)
3. Eduard Məmmədov (kikboksinq)
2024-cü ilin ən yaxşı qadın idmançısı
1. Yaylagül Ramazanova (kamandan oxatma)
2. Anna Skidan (atletika)
3. Mariya Stadnik (qadın güləşi)
2024-cü ilin ən yaxşı kişi idmançısı
1. Hidayət Heydərov (cüdo)
2. Zelim Kotsoyev (cüdo)
3. Qaşım Maqomedov (taekvondo)
2024-cü ilin ən yaxşı qadın paralimpiyaçısı
1. Lamiyə Vəliyeva (paraatletika, qaçış)
2. Dürsədəf Kərimova (paracüdo)
3. Könül Süleymanova (paraüzgüçülük)
2024-cü ilin ən yaxşı kişi paralimpiyaçısı
1. İmaməddin Xəlilov (parataekvondo)
2. Səid Nəcəfzadə (paraatletika, uzunluğa tullanma)
3. İlham Zəkiyev (paracüdo)
2024-cü ilin qeyri-olimpiya növləri üzrə ən yaxşı idmançısı
1. Ağasif Rəhimov və Raziyə Seyidli (akrobatika gimnastikası)
2. Ülviyyə Fətəliyeva (şahmat)
3. Əliqismət Həsənov (karate)
2024-cü ilin ən yaxşı idman qurğusu
1. Milli Gimnastika Arenası
2. Bakı Su İdmanı Sarayı
3. “Kür” Olimpiya Tədris-İdman Mərkəzi
2024-cü ilin ən yaxşı idman tədbiri
1. Formula 1 Azərbaycan Qran-Prisi (Bakı)
2. Beynəlxalq Avarçəkmə Reqatası (Füzuli və Mingəçevir)
3. Cüdo üzrə Böyük Dəbilqə turniri (Bakı)
2024-cü ilin ən yaxşı idman jurnalisti
2024-cü ilin ən yaxşı idman media qurumu
1. CBC Sport TV
2. AZƏRTAC
3. İdman.biz
2024-cü ilin Ədalətli oyun (Fair Play) mükafatçısı
1. Qaşım Maqomedov – Azərbaycan Taekvondo Federasiyası
2. Leyla Abidinova – Azərbaycan Atletika Federasiyası
3. Nərmin Şərifova - Azərbaycan Badminton Federasiyası
2024-cü ilin ən yaxşı hakimi
1. Emil Qurbanəliyev (boks)
2. Nataliya Bulanova (gimnastika)
3. Asif Şirəliyev (güləş)
2024-cü ilin ən yaxşı idman tibb personalı
1. Aydın Ağaliyev (gimnastika)
2. Nigar Heydərova (MİTRİ)
3. Ramil Vəliyev (cüdo)
2024-cü ilin ən yaxşı idman fotoqrafı
2024-cü ilin idman mövzusunda ən yaxşı videoçarxı
1. “Bir də gəlsəm” - Azərbaycan Cüdo Federasiyası
2. “Doğru hədəfə yönəl” – ATV
3. “Güləşçilərin musiqi testi” - Azərbaycan Güləş Federasiyası
2024-cü ilin ən yaxşı Olimpiya İdman Kompleksi
1. Quba Olimpiya İdman Kompleksi
2. Goranboy Olimpiya İdman Kompleksi
3. Ağdaş Olimpiya İdman Kompleksi
2024-cü ilin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi
1. "Ulduz" Futbol Akademiyası
2. ROEQİUG Velosiped Məktəbi
3. Masallı UGİM
2024-cü ildə uğurlu beynəlxalq fəaliyyətə görə
1. Azərbaycan Atçılıq Federasiyası
2. Azərbaycan Atıcılıq Federasiyası
3. Azərbaycan Ağırlıqqaldırma Federasiyası
Tədbirdə karyerasını başa vurmuş bədii gimnastlar Zöhrə Ağamirova və Zeynəb Hümmətova, güləşçilər Hacı Əliyev və Sabah Şəriəti idmanın inkişafındakı xidmətlərinə görə təltif olunublar.
Qala gecəsinin bədii hissəsi Mərdan Kazımov, Elnarə Xəlilova, Murad Arif və DJ-in ifasında bir-birindən maraqlı musiqi nömrələri ilə davam edib.
Oxunub: 91