Şeir yazmağa doqquz yaşımdan başladım, oxumağı isə beş yaşımda öyrətmişdilər.
Uşaqlığım kəndin Matovo adlanan başqa hissəsində, ana tərəfdən nənə-babamın yanında keçib. İlk xatirələrim üç-dörd yaşım olan vaxtlara aiddir. Meşə, böyük arxlı yol xatirimdədir. Nənəm bizdən təxminən 40 verst aralıda yerləşən Radovetski monastırına gedir. Onun əlindəki əsadan yapışıb, yorğunluqdan ayaqlarımı zorla sürüyürəm, nənəm isə hey deyir: "Gedək, gedək, quzum, Allah xoşbəxtlik verər". Bizim evdə tez-tez kəndləri dolaşan korlar yığışar, gözəl cənnət barəsində, Lazar, Mikola və naməlum şəhərdən gəlmiş nurlu qonaq – adaxlı haqqında dini şeirlər söyləyərdilər. Dayəm – evimizdə yaşayan və mənə qulluq edən qarı mənə nağıl danışardı, o nağılları ki, bütün kəndli uşaqları dinləyir və bilir. Babam mənim üçün mahnı oxuyardı – köhnə, cansıxıcı, qəmgin mahnılar. Şənbə və bazar günləri o, mənə Bibliya və müqəddəs rəvayətdən danışardı. Mənim küçə həyatım isə evdəki həyatıma bənzəmirdi. Yaşıdlarım dəcəl uşaqlar idi. Onlarla bir yerdə camaatın bostanına girərdik. İki-üç günlüyə qaçıb otlağa gedər, çobanlarla bir yerdə əvvəl suyunu əlimizlə və ya ördək balalarının vasitəsilə bulandırdığımız kiçik göllərdən tutduğumuz balıq yeyərdik. Evə qayıdanda isə çox vaxt cəzalandırılardım. Nənəmdən, babamdan və dayəmdən başqa, bizim ailədə bir ürəkkeçməsi olan dayım da var idi. O, məni çox istəyirdi və biz onunla tez-tez Okaya, atları sulamağa gedərdik. Sakit gecədə ay suyun üzərində tərpənmədən dayanır. Atlar su içəndə mənə elə gəlirdi ki, onlar indicə ayı da içəcəklər və ay onların ağzından suyun halqaları ilə birlikdə uzaqlaşdıqca çox sevinirdim. On iki yaşım tamam olanda məni yerli kənd məktəbindən çıxarıb müəllimlər məktəbinə verdilər. Doğmalarım istəyirdilər ki, mən kənd müəllimi olum. Onların ümidləri, xoşbəxtliikdən, daxil ola bilmədiyim instituta qədər uzanırdı. Şeir yazmağa doqquz yaşımdan başladım, oxumağı isə beş yaşımda öyrətmişdilər. Yaradıcılığımın başlanğıcında kənd çastuşkalarının təsiri olmuşdur. Təhsil müddətinin kilsə – slavyan dilini mükəmməl öyrənməkdən başqa, məndə heç bir izi qalmadı. Dözə bildiyim ancaq bu oldu. Qalan şeylərlə Klemenov adlı birinin rəhbərliyi altında özüm məşğul olurdum. O, məni yeni ədəbiyyatla tanış etdi və klassiklərdən bəzi hallarda niyə qorxmaq lazım gəldiyini aydınlaşdırdı. Şairlərdən daha çox Lermontov və Koltsovu bəyənirdim. Sonralar Puşkinə meyil saldım. 1913-cü ildə azad dinləyici kimi Şanyavski Universitetinə daxil oldum. Orada il yarım vaxt keçirdikdən sonra maddi vəziyyətlə əlaqədar kəndə qayıtmalı oldum. Bu zaman mən "Радуница" ("Radunitsa") şeirlər kitabını yazmışdım. Şeirlərdən bir neçəsini Peterburq jurnallarına göndərdim və cavab almadığım üçün özüm oraya getdim. Gəldikdə Qorodetskini axtarıb tapdım. O, məni olduqca səmimi qarşıladı. O vaxtlar onun mənzilində, demək olar ki, bütün şairlər toplaşırdı. Mənim haqqımda danışmağa və şeirlərimi, demək olar ki, dərhal çap etməyə başladılar. Şeirlərim "Русская мысль" ("Russkaya mısl"), "Жизнь для всех" ("Jizn dlya vsex"), "Ежемесячный журнал" ("Yejemesyaçnıy jurnal"), "Северние записки" ("Severniye zapiski") və s. jurnallarda çap olunurdu. Bu, 1915-ci ilin baharında baş verdi. Həmin ilin payızında isə Klyuyev mənə kəndə teleqram vuraraq onun yanına gəlməyimi xahiş etdi. O, mənim üçün naşir M.V. Averyanovu axtarıb tapdı və bir neçə aydan sonra ilk kitabım – "Радуница" nəşr olundu. Kitab 1915-ci ilin noyabr ayında 1916-cı il qeydi ilə çap edildi. Peterburqda olduğum ilk vaxtlarda tez-tez Blok, İvanov-Razumnik ilə görüşmək mənə nəsib olurdu – sonralar Andrey Belıy ilə də. İnqilabın ilk dövrünü həmrəyliklə, lakin daha çox şüurlu şəkildə deyil, kortəbii surətdə qarşıladım. 1917-ci ildə Z.N. Rayx ilə ilk evliliyim baş tutdu. 1918-ci ildə onunla ayrıldım, bundan sonra isə, 1918–21-ci illərdə bir çox ruslar kimi, mənim də sərgərdan həyatım başladı. Bu illər ərzində mən Türküstanda, Qafqazda, İranda, Krımda, Bessarabiyada, Orenburq çöllərində, Murmansk sahillərində, Arxangelskdə və Solovkidə oldum. 1921-ci ildə mən A. Dunkan ilə evləndim və İspaniyadan başqa, bütün Avropanı gəzdikdən sonra Amerikaya getdim. Xaricdən qayıtdıqdan sonra mən öz ölkəmə və baş verən hadisələrə artıq başqa gözlə baxırdım. Bizim bir qədər soyumuş düşərgəmiz xoşuma gəlmir. Mən sivilizasiyanı xoşlayıram. Lakin Amerikanı heç sevmirəm. Amerika elə bir üfunətdir ki, orada təkcə incəsənət deyil, bəşəriyyətin ən yaxşı arzuları da itib-batır. Əgər bu gün istiqamət Amerikaya doğrudursa, onda mən bizim boz səmanı və bizim öz peyzajımızı üstün tutmağa hazıram: bir qədər torpağa gömülmüş daxma, çəpər, çəpərdən görünən hündür bir ağac, uzaqda isə küləkdə quyruğunu yelləyən arıq bir dayça. Bu, hələlik təkcə Rokfelleri və Makkor-miki vermiş göydələnlər deyil, bu, bizim üçün Tolstoyu, Dostoyevskini, Puşkini, Lermontovu və başqalarını yetişdirmiş torpaqdır. Hər şeydən əvvəl, mən təbii olanı sevirəm. Sənətkarlıq mənim üçün naxışların təmtəraqlılığı deyil, fikrimi ifadə etmək istədiyim dilin ən zəruri kəlamıdır. Buna görə də, Şerşeneviçlə birlikdə 1919-cu ildə təməlini qoyduğumuz imajinizm rus poeziyasını, formal olaraq, başqa qavrama məcrasına yönəltsə də, hələ heç kəsə istedada iddia etmək hüququ verməmişdir. Hazırda mən bütün məktəbləri inkar edirəm. Hesab edirəm ki, şair hansısa müəyyən bir məktəbin arxasınca gedə də bilməz. Bu, onun əl-qolunu bağlayar. Yalnız azad sənətkar azad söz deyə bilər. Budur mənim tərcümeyi-halıma aid olan qısa, sxematik məlumatlar. Burada hər şey deyilməyib. Lakin düşünürəm ki, özümə hansısa yekun vurmağa hələ tezdir. Mənim həyatım və yaradıcılığım hələ qabaqdadır. Yeseninin Bakıda keçirdiyi təxminən 4 aylıq dövrü onun yaradıcılığının ən məhsuldar dövrü hesab etmək olar. Təsadüfi deyil ki, yeseninşünaslar bu dövrü onun yaradıcılığının "qızıl dövrü" adlandırır və həmin dövrü Puşkin yaradıcılığının "Boldino payızı" ilə müqayisə edirlər. Onu qeyd etmək kifayətdir ki, 1924–1925-ci illərdə Yesenin Bakıda olduğu dövrdə Bakı mətbuatında onun 39 əsəri (37 şeir və 2 poema) dərc edilmiş, o cümlədən sevgi poeziyasında xüsusi yeri olan, Yeseninin sevgi himni sayıla biləcək "İran nəğmələri" silsiləsindən bir sıra şeirlər burada – Bakıda yazılmışdır. Ümumilikdə, 1924–1926-cı illərdə Yeseninin Bakı mətbuatında 51 əsəri (48 seir və 3 poema) dərc edilmişdir. Onlardan 50-si (47 şeir və 3 poema) "Bakinski raboçi" qəzetində işıq üzü görmüşdür. Bu əsərlərin 45-i (43 şeirvə 2 poema) Yeseninin sağlığında, 5-i isə (4 şeir və 1 poema) ölümündən sonra çap olunmuşdur. Ümumiyyətlə, "Bakinski raboçi" qəzeti Yeseninin öz əsərlərini ən çox dərc etdirdiyi mənbədir. Bu baxımdan ikinci sırada 1921-ci ildən etibarən Moskvada A.K. Voronskinin baş redaktorluğu ilə çıxan "Красная новь" jurnalı durur. 1922–1925-ci illərdə həmin jurnalda Yeseninin 30-a yaxın əsəri çap olunmuşdur. Yesenin, Bakıya sevgisini məşhur "Əlvida, Bakı" "Прощай, Баку" şeirində ifadə etmişdir. Sergey Yesenin 20 iyun 1924-ci il tarixdə qələmə aldığı tərcümeyi-halında yazır: "Mən 1895-ci il sentyabrın 21-də (yeni tarixlə oktyabrın 3-də) Ryazan qəzası və Ryazan quberniyasının Kuzmino vilayətinin Konstantinovo kəndində anadan olmuşam. Atam – kəndli Aleksandr Nikitiç Yesenin, anam isə Tatyana Fyodorovnadır.