“Femida Könüllüləri”




Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyasının tərəfdaşlığı ilə “Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil edilən “DİVАN” Milli Məhkəmə Simulyasiyasının Cinayət sahəsi üzrə iştirakçıları üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, vəkil İlhamə Həsənovanın təqdimatında təlim keçirilib.
Təlim zamanı iştirakçılar “Vəkilin cinayət işində rolu və müdafiə strategiyaları” mövzusunda geniş və ətraflı məlumatlar əldə ediblər.
Bundan əlavə, təlimçi tərəfindən hazırlanmış kazus üzərində iş zamanı iştirakçılar öyrəndikləri nəzəri bilikləri tətbiq edərək, praktiki bacarıqlarını inkişaf etdirdilər.  
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Oxunub: 62
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az