Tovuzda iməcilik aksiyası keçirilib.
17 yanvar 2025-ci il tarixdə Tovuz rayon Şəhidlər Xiyabanında Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə gənclər və idman sektorunun, Tovuz Gənclər Evi Sosial Xidmət Müəssisəsinin,Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tovuz rayon bölməsinin və “Qaraqaya” voleybol klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar iməcilik aksiyası keçirilib.
İlk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aksiyada Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev faciə haqqında ümumi məlumat verib, qanlı yanvar faciəsinin xalqımızın yaddaşında silinməz iz qoyduğunu iştirakçıların diqqətinə çatdırıb. Belə tədbirlərin keçirilməsində əsas məqsədin gənclərdə vətənpərvərlik hissinin aşılanması və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi olduğu qeyd edilib.
Daha sonra gənclərin iştirakı ilə Şəhidlərimizin şərəfinə qoyulmuş xatirə lövhələri və məzarları ətrafında təmizlik işləri aparılaraq ərazi alaq otlarından təmizlənib, ağaclar suvarılıb.
Aksiyada 53 nəfər iştirak edib.
Oxunub: 84