Abşeron Rayon Mərkəzi Xəstəxanasında yanvar ayı üçün növbəti müşavirə keçirilib.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxovanın sədrliyi ilə tibb müəssisəsinin müavinlərinin, digər şöbə və bölmə müdirlərinin iştirakı ilə yanvar ayı üçün növbəti müşavirə keçirilib.
Müşavirədə ilk olaraq direktor müavini-baş həkim Fərrux Sədirov və direktorun inzibati məsələlər üzrə müavini Elvin Məmmədzadə verilən tapşırıqların nəticələri haqqında məlumat verib.
Daha sonra tibb müəssisəsinin şöbə və bölmə müdirləri göstərilən xidmətlərlə bağlı S.Sadıxovaya həftəlik hesabat təqdim ediblər.
Müşavirədə qarşıya qoyulan məqsədlər üçün vəzifə borclarının layiqincə yerinə yetirməli, ölkəmizə və vətəndaşımıza yüksək səviyyəli, əlçatan xidmətin təşkil edilməsində hər kəsin əzmlə çalışmalı olduğunu bildirən S.Sadıxova:”Abşeron Rayon Mərkəzi Xəstəxanasının ölkənin qabaqcıl tibb müəssisələri arasında daima adının çəkilməsi öncəliyimizdir” deyə vurğulayıb.
Oxunub: 64