Şamaxı rayonunun Meysəri bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.




Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şamaxı rayonunun Meysəri bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib. 
Çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, Azərbaycan dövləti bu günə qədər tarixə əlamətdar və bənzərsiz hadisələri əbədi həkk etdirməyə  müvəffəq olub. Xüsusilə də  torpaqlarımızın işğaldan azad olunması dövlətçilik tariximizdə bənzəri olmayan qələbə dastanıdır.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının  Şamaxı rayonu üzrə seçki qərargahının üzvü Ağarza Bayramov və Şamaxı rayonu üzrə  təşviqat qrupunun üzvü Fuad Səmiyev bildiriblər ki, YAP Azərbaycanın dünəni, bu günü olduğu kimi, gələcəyi, aydın sabahı və parlaq prepektivi olduğunu öz fəaliyyəti ilə sübuta yetirib.
Tədbirin sonunda kənd sakinləri Brilyant Hümbətova və Sərdar Bayramov çıxış edərək YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər

Oxunub: 79
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az