Bu gün qəhrəman şəhidimiz Qorxmaz Əlizadənin doğum günüdür!
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Qorxmaz Arif oğlu Əlizadə 1995-ci il yanvarın 27-də Qax rayonunun Cəlayir kəndində anadan olub. 2010-2013-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2013-2017-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Kəşfiyyat və Quru Qoşunları" ixtisası üzrə ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi alıb və 2017-ci ildən hərbi xidmətə başlayıb. 2020-ci il iyunun 26-da "baş leytenant" hərbi rütbəsi alan Qorxmaz Əlizadə Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib və oktyabrın 17-də Füzulinin Kürdlər kəndi uğrundakı döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Qorxmaz Əlizadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Oxunub: 76