Təhsil müəssisələrinin rəhbərləri və təhsil işçiləri ilə görüş keçirilib.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İnzibati Təşkilat Sektorunun müdiri Xalid Yaqubov Şamaxı rayon ümumtəhsil məktəblərinin direktorları, məktəbəqədər təhsil müəssisələrinin müdirləri və Şamaxı Rayon Təhsil Sektorunun əməkdaşları ilə görüşüb.
Görüşdə Şamaxı Rayon Təhsil Sektorunun müdiri Məsud Babayev və Regional İdarənin əməkdaşları da iştirak ediblər. Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə tədris ilinin I yarımil üzrə yekunları ilə əlaqəli bir çox cari və qarşıda görüləcək işlər müzakirə edilib.
Şamaxı Rayon Təhsil Sektorunun müdiri Məsud Babayev və RTİ-nin əməkdaşı Anar Osmanov çıxış edərək məktəb direktorlarına şagird davranış qaydaları, məktəblərdə şagirdlərin təhlükəsizlik məsələləri, şagirdlərin buraxılış imtahanlarına və fənn olimpiadalarının zona mərhələsinə hazırlıq, sertifikasiya və ümumilikdə qarşıda görüləcək işlərlə əlaqəli tapşırıq və tövsiyyələr vermişlər.
Daha sonra çıxış edən İdarənin İnzibati Təşkilat Sektorunun müdiri Xalid Yaqubov Şamaxı Rayon Təhsil Sektorunun əməkdaşlarına, ümumtəhsil məktəblərinin direktorlarına və məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə bir çox tapşırıq verərək işlərində məsuliyyətli olmalarını və neqativ hallara yol verməmələrini onların diqqətinə çatdırmışdır. O, məktəb və bağçalarda mütamadi olaraq Regional İdarə tərəfindən monitorinqlərin keçiriləcəyini və nöqsanlara yol verən rəhbərlər haqqında ciddi tədbirlər görüləcəyini bildirmişdir.
Oxunub: 56