Ağsuda 10 ədəd odlu silah polisə könüllü təhvil verilib.
Ağsuda polisin vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdirilir. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı daha 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər. Bakı. Trend:
Oxunub: 80