![](/uploads/posts/2025-01/471799850_628962496379437_6168980915715641060_n.jpg)
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şamaxı rayonu Şamaxı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Tədbirdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə, müstəqilliyi daimi, dönməz və əbədi etməyə nail olub. Ümummilli Lider xalqımıza çoxsaylı tarixi nailiyyətlər qazandırmaqla yeni, müasir və müstəqil Azərbaycan reallığını yaradıb. Bu gün Cənab Prezidentimiz İlham Əliyev bu yolu uğurla davam etdirir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Şamaxı rayonu üzrə seçki qərargahının üzvü Ağarza Bayramov və Şamaxı rayonu üzrə təşviqat qrupunun üzvü Fuad Səmiyev bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsində ölkəmizdə inkişaf və sabitlik hökm sürür. Bu inkişaf və sabitliyin davamlı olması üçün qarşıdakı seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərilməlidir.
Oxunub: 80
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az